• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / «Infipro Inc.» şirkəti İstanbulda keçirilən beynəlxalq İKT konfransında iştirak edib

«Infipro Inc.» şirkəti İstanbulda keçirilən beynəlxalq İKT konfransında iştirak edib

08 Nov 2013 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Bakı – APA-Economics. Noyabrın 6-7-də İstanbulda informasiya texnologiyalarına həsr olunmuş V Beynəlxalq Webit Konfransı keçirilib. Azərbaycanı konfransda təmsil edən «Infipro Inc.» vençur investisiya şirkətindən «APA-Economics»ə verilən məlumata görə, bu il keçirilən konfransa maraq çox böyük olub.Təşkilatçıların verdiyi məlumata görə, tədbirdə 100-dən artıq ölkədən 8 000 nəfər, o cümlədən, 500-dən artıq media nümayəndəsi iştirak edib. Webit Konfransı çərçivəsində dünyanın 200-dən artıq aparıcı ekspertləri çıxış edib. Onların arasında «Yahoo», «Nokia», «PayPal», «Volkswagen», «Facebook», «Mastercard», «Blackberry», «Intel», «Yandex», «IBM», «Acer», «Lenovo» kimi tanınmış şirkətlərin ekspertləri də olub. Tədbir çərçivəsində ümumilikdə 11 konfrans, həmçinin sərgi, seminarlar və s. keçirilib.

Azərbaycanı Webit Konfransında «Manads» mobil reklam texnologiyası şirkəti və «Infipro Inc.» vençur investisiya şirkəti təmsil edir. Fəaliyyətə başlamasından qısa müddət keçməsinə baxmayaraq, artıq uğurlar qazanan, fərqli texnologiyanın tətbiqi ilə reklam sahəsinə yenilik gətirən «Manads» Webit Konfransı çərçivəsində ekspertlərlə fikir mübadiləsi aparıb, həmçinin Türkiyə bazarını araşdırmaq niyyətindədir.

«Manads» layihəsinin investoru olan «Infipro Inc.» «Manads»ın artan imkanlarına və perspektivlərinə inanaraq layihənin qlobal bazara çıxışı üçün strateji tərəfdaş axtarışına başlayıb. Konfrans çərçivəsində bununla bağlı müxtəlif görüşlər keçirilib.

Qeyd edək ki, «Infipro Inc.» Azərbaycanda informasiya texnologiyalarının inkişafına dəstək verməkdə davam edir. Noyabrın 7-9-da Bakıda keçiriləcək Startup Günləri tədbirinin sponsorlarından biri də məhz «İnfipro Inc.»dir.

 

(C) http://az.apa.az/news/320142

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi