İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.
Bu il sayca üçüncü olan yığıncaq, “Enerji layihələri və əməkdaşlıqlar üçün necə və haradan yeni maliyyə dəstəyi əldə etmək olar?” başlığı altında toplandı. Türkiyə Enerji və Təbii Sərvətlər Naziri və Boğaziçi Enerji Klubunun Fəxri Sədri Taner Yıldızın açılış nitqi ilə başlayan tədbirdə, nüfuzlu iş adamları və yüksək səlahiyyətli şəxslər iştirak edib.
Tədbirin əsas mövzusu Türkiyənin və Orta Şərqin enerji, investisiya və geopolitik yenilikləri fonunda “The Bosphorus Energy Club”-ın enerji layihələrinə sərmayə axınını haradan və hansı yollarla cəlb etmək oldu. Klubun sədri Mehmet Ögütçü, Türkiyəni gələcəyə aparacaq önəmli investisiya sahəsi olan enerji sektorunda böyük əhəmiyyət kəsb edən tədbirin mahiyyətini vurğuladı. Read more →