“Aztelekom” İstehsalat Birliyi Rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayının artırılması layihəsinin icrasına başladı. Layihənin məqsədi regionlarda əhalinin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun genişləndirilməsi kimi prioritet məsələlərdir. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tər-Tər rayonlarında, həmçinin, 47 şəhər və rayonda yeni nömrələr və port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiqlənən layihənin nəticəsində, regionlarda Aztelekom internet istifadəçilərinin sayının 60%-dən çox artırılması üçün texniki imkanın yaradılması və servislərin həcminin artırılması mümkün olacaq. Read more →