İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.
Bu il sayca üçüncü olan yığıncaq, “Enerji layihələri və əməkdaşlıqlar üçün necə və haradan yeni maliyyə dəstəyi əldə etmək olar?” başlığı altında toplandı. Türkiyə Enerji və Təbii Sərvətlər Naziri və Boğaziçi Enerji Klubunun Fəxri Sədri Taner Yıldızın açılış nitqi ilə başlayan tədbirdə, nüfuzlu iş adamları və yüksək səlahiyyətli şəxslər iştirak edib.
Tədbirin əsas mövzusu Türkiyənin və Orta Şərqin enerji, investisiya və geopolitik yenilikləri fonunda “The Bosphorus Energy Club”-ın enerji layihələrinə sərmayə axınını haradan və hansı yollarla cəlb etmək oldu. Klubun sədri Mehmet Ögütçü, Türkiyəni gələcəyə aparacaq önəmli investisiya sahəsi olan enerji sektorunda böyük əhəmiyyət kəsb edən tədbirin mahiyyətini vurğuladı.
Sadəcə türk iş dünyasının deyil, həm də Orta Şərq və Avropanın siyasi və özəl sektorunun yüksək vəzifəli nümayəndələrinin böyük maraq göstərdiyi tədbirdə, İnfipro İnc şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İcraçı Direkoru – Eldar Abbasov və Partnyoru – Şahin Talıbov iştirak etmişdirlər. Neftin qiymətinin ucuzlaşdığı və neft sektorunda gərginliyin yarandığı dövrdə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qəbul etdiyi “2020-Gələcəyə Baxış” konsepsiyası çərçivəsində “neft kapitalının insan kapitalına çevrilməsi” və qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaranıb. Azərbaycanda əhəmiyyətli telekommunikasiya və enerji şirkətlərinə konsultasiya və maliyyə məsləhətləri verən İnfipro, tədbirdə iştirakının əsas məqsədi kimi, yaranan şəraitdə ölkədən kənarda investisiya mühitinin öyrənilməsinə dair müşahidələr aparmışdır.
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!