• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.

İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.

17 Dec 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Bu il sayca üçüncü olan yığıncaq, “Enerji layihələri və əməkdaşlıqlar üçün necə və haradan yeni maliyyə dəstəyi əldə etmək olar?” başlığı altında toplandı. Türkiyə Enerji və Təbii Sərvətlər Naziri və Boğaziçi Enerji Klubunun Fəxri Sədri Taner Yıldızın açılış nitqi ilə başlayan tədbirdə, nüfuzlu iş adamları və yüksək səlahiyyətli şəxslər iştirak edib.

Tədbirin əsas mövzusu Türkiyənin və Orta Şərqin enerji, investisiya və geopolitik yenilikləri fonunda “The Bosphorus Energy Club”-ın enerji layihələrinə sərmayə axınını haradan və hansı yollarla cəlb etmək oldu. Klubun sədri Mehmet Ögütçü, Türkiyəni gələcəyə aparacaq önəmli investisiya sahəsi olan enerji sektorunda böyük əhəmiyyət kəsb edən  tədbirin mahiyyətini vurğuladı.

Sadəcə türk iş dünyasının deyil, həm də Orta Şərq və Avropanın siyasi və özəl sektorunun yüksək vəzifəli nümayəndələrinin böyük maraq göstərdiyi tədbirdə, İnfipro İnc şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin İcraçı Direkoru – Eldar Abbasov və Partnyoru – Şahin Talıbov iştirak etmişdirlər. Neftin qiymətinin ucuzlaşdığı və neft sektorunda gərginliyin yarandığı dövrdə, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin qəbul etdiyi “2020-Gələcəyə Baxış” konsepsiyası çərçivəsində “neft kapitalının insan kapitalına çevrilməsi” və qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaranıb. Azərbaycanda əhəmiyyətli telekommunikasiya və enerji şirkətlərinə konsultasiya və maliyyə məsləhətləri verən İnfipro, tədbirdə iştirakının əsas məqsədi kimi, yaranan şəraitdə ölkədən kənarda investisiya mühitinin öyrənilməsinə dair müşahidələr aparmışdır.

 

Tags: “The Bosphorus Energy Club” 2014, bosfor enerji klub 2014, Eldar Abbasov, energy club 2014, Infipro, Infipro Inc, investments, Istanbul, oil and gas, Shahin Talibov, venture capital

Related Posts

Did you like this entry?
Here are a few more posts that might be interesting for you.
Related Posts
Infipro Inc “Svyaz Ekspokom 2014” sər...
Infipro “Milli startuplara dövlətin və özəl...
Infipro və Aztelekomun əməkdaşlığı beynəlxalq mediada.
Vençur investorlarının ikinci forumu.
Infipro “CeBIT 2015” 30-cu Beynəlxalq informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisində iştirak etmişdir.
“Aztelekom” İstehsalat Birliyi və “Infipro...

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi