Infipro və Aztelekomun əməkdaşlığı beynəlxalq mediada.
Fəaliyyət göstərdiyi tarixdən vençur investisiya sahəsində nəaliyyətləri ilə tanınan Infipro şirkəti, 2014-cü ildən İKT sahəsində bir çox yerli şirkətlərə Maliyyə Məsləhətçisi xidmətini göstərməyə başlamışdır.
Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2014-cü ilin iyun ayından Infipro Inc şirkətini aparici rabitə operatoru Aztelekom İB-nə korporativ maliyyə məsləhətçisi təyin etmişdir. Birgə fəaliyyətimiz nəticəsində “Milli internet zolağının genişləndirilməsi” layihəsinin ilk mərhələsi üçün Aztelekom İB-nə Avropadan ucuz kredit cəlb olunmuşdur və hazırda layihə uğurla həyata keçirilməkdədir. Beynəlxalq maliyyələşmə mexanizmi ölkəmizin telekommunikasiya tarixində ilk dəfədir ki istifadə olunur. Bu proses beynəlxalq medianın da diqqətini cəlb etmişdir.
Belə ki, Aztelekom tərəfindən həyata keçirilən və Infipronun Korporativ Maliyyə Məsləhətçisi kimi çıxış etdiyi “Milli internet zolağının genişləndirilməsi” layihəsi haqqında CNBC, Marketwatch, Boston.com, Business Journal, FinanzNachrichten.de, AD Hoc News, IT-I-Ko.de kimi tanınmış və nüfuzlu xarici xəbər saytlarında məqalələr dərc olunub. Ümumilikdə 315 xəbər saytında dərc olunan məqaləyə 5500 dən artıq baxış olmuşdur.
Aşağıda məqalənin bir neçə linkini diqqətinizə çatdırırıq:
1) http://www.cnbc.com/id/102395323
3) http://finance.boston.com/boston/news/read/29202769/infipro_inc_supports_aztelekom&
4) http://www.bizjournals.com/prnewswire/press_releases/2015/02/04/enUK201502037514
6) http://fr.advfn.com/actualites/Infipro-Inc-soutient-le-projet-d-Expansion-du-res_65348692.html
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!