• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / Infipro “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir

Infipro “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir

20 Nov 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

14 – 16 noyabr tarixlərdə  Yüksək Texnologiyalar Parkında “Startup Günləri 2014” keçirilib.

Startup Günlərinin açılış mərasimində çıxış edən  Azərbaycan İnternet Forumunun  prezidenti , Startup Azərbaycan TK-nın üzvü  Osman Gündüz  Startup Günlərinin keçirilməsində əsas  məqsədin ölkənin milli startup infrastrukturun inkişafına dəstək vermək, yeni startupların yaradılmasını stimullaşdırmaq , startuplar üçün informasiya-metodiki dəstək göstərmək, yeni yaradılan dövlət qurumları tərəfindən startuplar göstəriləcək dəstək haqqında məlumatlar çatdırmaq və  startuplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib.

Açılış  mərasimində  Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə çıxış edərək, artıq startupların inkişafı istiqamətində dövlət tərəfindən ciddi addımların atıldığını, startuplara dəstək üçün müvafiq infrastrukturun yaradıldığını bildirib.  O, qarşıdakı illərdə də  milli startupların inkişafına dəstək göstərilməsinin  prioritet olduğunu qeyd edib və bu dəstəyin  daha da güclənəcəyini bildirib. Nazir  müavini bu cür tədbirlərin startup infrastrukturunun formalaşmasında mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Startup Günləri çərçivəsində “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusunda konfrans öz işinə başlayıb.

Konfransda RİTN yanında İT-nin İnkişafı Dövlət Fondunun icraçı direktoru Elçin Zeynalov, Yüksək Texnologiyalar Parkının direktor müavini Cəlal Rəhimov,  Cybernet şirkətinin rəhbəri İlham Namazov, Khazar Ventures şirkətinin təsisçisi Məmməd Kərimov, Infipro şirkətinin nümayəndəsi Kəmalə İsmayılova,  SİNAM şirkətinin direktoru Elçin Əliyev, İnternet Holdinq şirkətinin rəhbəri Rafael Əzizov  çıxış ediblər.

Konfransda iştirak edən, “Infipro” şirkətinin Layihə Meneceri Kəmalə İsmayılova gənc startuplara, innovativ ideyalara dəstəyin Infipro şirkətinin daima diqqət mərkəzində olduğunu tədbir iştirakçılarının nəzərə çatdırmışdır. O, gənclərin təqdim etdiyi yeni ideyaların bazarın tələblərinə uyğunlaşdırılmasının vacibliyi vurğulayaraq ideyaların tətbiqi sahəsində öz tövsiyələrini vermişdir.

Çıxışlarda səsləndirilən fikirlər ətrafında və mövzu ilə bağlı maraqlı diskussiya keçirilib. Ölkənin startup infrastrukturunun bütün maraqlı tərəflərinin nümayəndələri müzakirələrdə aktiv iştirak diblər. Gənc startupçıları maraqlandıran suallar panel iştirakçılar tərəfindən cavablandırılıb. Sonra Konfrans müzakirələr və sual-cavablarla işini davam etdirib.

 

Tags: Infipro, Infipro Inc, investitsiya, investor, Kamala İsmayılova, startup, startup Azerbaycan 2014, Startuplara destek, venchur

Related Posts

Did you like this entry?
Here are a few more posts that might be interesting for you.
Related Posts
“Aztelekom” İstehsalat Birliyi və “Infipro...
Infipro “CeBIT 2015” 30-cu Beynəlxalq informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisində iştirak etmişdir.
Vençur investorlarının ikinci forumu.
Infipro Inc “Svyaz Ekspokom 2014” sər...
Infipro və Aztelekomun əməkdaşlığı beynəlxalq mediada.
İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi