Infipro Inc “Svyaz Ekspokom 2014” sərgisində iştirak edib
Moskvada “Svyaz-Ekspokom -2014” adı altında telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətlərinin 26-cı beynəlxalq sərgisi keçiridi. 13- 16 may tarixində baş tutan sərgidə il ərzində əldə olunmuş ən böyük naliyyətlər, texniki imkanlar nümayiş olundu.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə təmsil olunan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasından bir çox şirkətlər, o cümlədən Infipro şikətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Eldar Abbasov da iştirak etmişdir.
“Svyaz-Ekspokomm” – sərgisi on illiklər boyu Rusiya Federasiyası, MDB və Şərqi Avropa ölkələrinin telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən
yeni avadanlıq, texnologiya və ya xidmət təqdim edən və yeni biznes əlaqələr üçün münbit məkan olan bu sərgi həmçinin müasir həyatın müxtəlif sahələrində innovativ və rabitə texnologiyalarının tətbiq imkanlarını nümayiş etdirilmişdir.
26 ölkədən 554 şirkəti birləşdirən 26-cı “Svyaz-Ekspokom” sərgi xidmət və texnologiyaların geniş spektrini nümayiş etdirir: telekommunikasiya texnologiyaları və şəbəkələr, informasiya infrastrukturu, rabitə operatorlarının xidməti, informasiya sistemləri, proqram təminatları və xidmətləri, informasiya və fiziki təhlükəsizlik üzrə həllər, istehlakçı alətləri, kontent, media, əyləncə, biznesə dəstək və xidmətlər təqdim edilmişdir. Sərgidə dünyanın inkişaf etmiş ölkələri ilə yanaşı, Azərbaycan da son illər rabitə sahəsində əldə etdiyi nailiyyətləri təqdim edilmişdir.
Sərgidə Rusiyanın və bu ölkədə akreditə olunmuş ölkələrin diplomatik nümayəndələri iştirak ediblər.
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!