• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / Infipro Rusiya Vençur İnvestisiya Assosiasiyasına üzv olub – FOTO

Infipro Rusiya Vençur İnvestisiya Assosiasiyasına üzv olub – FOTO

20 May 2013 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Moskvada Rusiya Vençur İnvestisiya Assosiasiyasının (RVİA) ümumi illik iclası keçirilib.

“APA-Economics”in xəbərinə görə, təşkilatın ali idarəetmə orqanı sayılan iclas “Prezident” hotelinin Dairəvi Zalında qapalı şəraitdə keçirilib.

İclasda 2012-ci ilin nəticələri, 2013-cü il üçün nəzərdə tutulmuş işlər, ötən ilin büdcəsi və assosiasiya qarşısında duran vəzifələr müzakirə olunub. Gündəliyin əsas məsələsi isə RVİA-ya yeni üzvlərin qəbulu olub. Əvvəlcə RVİA-ya üzv olmaq istəyənlər bu ilin mart ayında keçirilən Administrativ İclas Şurasının razılığını almalı idi. Yalnız bundan sonra onlar ümumi illik iclasda iştirak edə bilərdilər. Administrativ iclasdan keçən şirkətlərin sayı 4 olub ki, onlardan biri də Azərbaycanın ilk vençur kapital şirkəti olan “Infipro Inc.” şirkəti olub.

Azərbaycan vençur fondu böyük marağa səbəb olmaqla yanaşı, müzakirələr zamanı bir sıra suallar yaradıb. Şirkəti təmsil edən Leyla Rəhimova “Infipro”nun fəaliyyəti, nailiyyətləri, həmçinin gələcək planlar və perspektivlərlə bağlı ətraflı məlumat verib. Müzakirələr zamanı RVİA üzvləri “Infirpo Inc.” şirkətinin assosiasiyaya üzvlüyünə qəbulunu yekdilliklə məqsədəuyğun sayıblar.

Hazırda “Infipro Inc.”-la əməkdaşlıq etməkdə maraqlı olan və onun komandası ilə əlaqə saxlayan, öz fikir və layihələrini yaxın zamanda rəhbərliyə təqdim etmək üçün hazır olan Rusiya və xarici fond və təşkilatları az deyil.

Qeyd etmək lazımdır ki, RVİA beynəlxalq bazara inteqrasiya, bütün vençur dünyası ilə bağlı böyük ambisiyaların həyata keçirilməsi, həmçinin xarici təcrübənin ölkə bazarına cəlb edilməsi üçün yaxşı start meydançasıdır.

“Infipro Inc.” şirkəti RVİA-nın üzvlüyünə qəbul olunmaqla yanaşı, Assosiasiya həmçinin Türkiyədə keçirilən “Startup Istanbul Conference” adlı böyük tədbirdə iştirak edib.

Bu gün Türkiyədə internet-bazar çox aktiv şəkildə inkişaf edir. Bununla əlaqədar Türkiyə internet startapları investorların daha da aktiv marağına  səbəb olur. Hər il yüzlərlə yeni şirkət dünya iqtisadiyyatına qoşulur və orada öz yerlərini tutur. Türk bazarı da çoxlu gənc sahibkarları ilə vençur sənayesi və iqtisadiyyatı üzrə dünya sahibkarlarının diqqətini özündə cəmləşdirib.

“Etohum” tərəfindən təşkil olunmuş “Startup Istanbul Conference”nin keçirilməsində məqsəd bütün dünyanın internet-şirkətlərini və investorlarını bir meydançada yığmaq olub. Böyük nailiyyətlərə imza atmış şirkətlər, dünya bazarında müvəffəqiyyət qazanmış investorlar təcrübələrini bölüşüblər və yeni başlayanlara dəyərli məsləhətlər veriblər, uğur əldə etmək vasitələri haqda danışıblar.

Tədbirdə “Infipro Inc.” şirkətini direktor Eldar Abbasov təmsil edib. Konfransda çıxış edən Eldar Abbasov diqqəti ən perspektivli layihələrə çəkib, eksponent şirkətlər və vençur sənayesi nümayəndələri, həmçinin investorlarla bir sıra əhəmiyyətli görüşlərdə iştirak edib. Görüşlər zamanı yaxın gələcək üçün qarşılıqlı əlaqə planı qurulub.

“Infipro Inc.” nailiyyət və qazandığı uğurlarla kifayətlənmir, özünün təsir və aktiv iştirak sahəsini genişləndirməkdə davam edir. Bu gün ölkəmiz üçün strateji əhəmiyyət daşıyan böyük layihələrin reallaşdırılması üzərində iş gedir.

© http://az.apa.az/news/299469

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi