Infipro Inc Londonda keçirilən Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumunda iştirak edib
23-25 iyun tarixlərində Infipro Inc şirkətinin nümayəndə heyəti Londonda keçirilən Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumunda iştirak etmişlər.
Forumda Infipro şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru E. Abbasov və Infipro Distribution MMC-nin direktoru Ş. Talıbov iştirak edərək şirkət nümayəndələri ilə qarşılıqlı əlaqələr və gələcək perspektivləri müzakirə etmişlər.
Qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.
Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki “Azerspace-1”, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiya Parkı, öz yeniliyi ilə seçilən “Ağ şəhər” layihəsi və yerli startaplarla bağlı məlumat verilib.
Həmçinin vurğulanıb ki, rabitə və yüksək texnologiya sektorunun inkişafına yönəldilən dövlət investisiyalarının hədəfi 2020-ci ilə qədər bu sahədə əldə olunan gəlirlərin artırılmasına bağlıdır.
Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb.
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!