• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər

Archive for category: Xəbərlər

Infipro “CeBIT 2015” 30-cu Beynəlxalq informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisində iştirak etmişdir.

29 Mar 2015 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

16-20 mart tarixlərində Almaniyanın  Hannover şəhərində dünyanın ən iri informasiya texnologiyaları, telekommunikasiyalar, İT-həllər və xidmətlər sərgisi  – “CeBIT 2015” keçirilmişdir. Sərgidə Azərbaycan milli pavilyonu çərçivəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ASAN xidmət və İKT sahəsində fəaliyyət göstərən 15 şirkət iştirak etmişdir.

İKT sahəsində fəaliyyət göstərən startuplara öz dəstəyi ilə tanınan Azərbaycanın ilk vençur investisiya şirkəti Infipronu, İcraçı Direktor Eldar Abbasov və İcraçı Partnyor Şahin Talıbov təmsil etmişdirlər. Read more →

Infipro və Aztelekomun əməkdaşlığı beynəlxalq mediada.

13 Feb 2015 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Fəaliyyət göstərdiyi tarixdən vençur investisiya sahəsində nəaliyyətləri ilə tanınan Infipro şirkəti, 2014-cü ildən İKT sahəsində bir çox yerli şirkətlərə Maliyyə Məsləhətçisi xidmətini göstərməyə başlamışdır.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 2014-cü ilin iyun ayından Infipro Inc şirkətini aparici rabitə operatoru Aztelekom İB-nə korporativ maliyyə məsləhətçisi təyin etmişdir. Read more →

“Aztelekom” İstehsalat Birliyi və “Infipro Inc”-in birgə uğurlu əməkdaşlığı nəticəsində Birliyə xarici investisiya və ucuz maliyyə axını təmin olunmuşdur

13 Jan 2015 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

“Aztelekom” İstehsalat Birliyi Rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayının artırılması layihəsinin icrasına başladı. Layihənin məqsədi regionlarda əhalinin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun genişləndirilməsi kimi prioritet məsələlərdir. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tər-Tər rayonlarında, həmçinin, 47 şəhər və rayonda yeni nömrələr və port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiqlənən layihənin nəticəsində, regionlarda Aztelekom internet istifadəçilərinin sayının 60%-dən çox artırılması üçün texniki imkanın yaradılması və servislərin həcminin artırılması mümkün olacaq. Read more →

İstanbulda “The Bosphorus Energy Club”-ın üçüncü zirvə görüşü keçirildi.

17 Dec 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Bu il sayca üçüncü olan yığıncaq, “Enerji layihələri və əməkdaşlıqlar üçün necə və haradan yeni maliyyə dəstəyi əldə etmək olar?” başlığı altında toplandı. Türkiyə Enerji və Təbii Sərvətlər Naziri və Boğaziçi Enerji Klubunun Fəxri Sədri Taner Yıldızın açılış nitqi ilə başlayan tədbirdə, nüfuzlu iş adamları və yüksək səlahiyyətli şəxslər iştirak edib.

Tədbirin əsas mövzusu Türkiyənin və Orta Şərqin enerji, investisiya və geopolitik yenilikləri fonunda “The Bosphorus Energy Club”-ın enerji layihələrinə sərmayə axınını haradan və hansı yollarla cəlb etmək oldu. Klubun sədri Mehmet Ögütçü, Türkiyəni gələcəyə aparacaq önəmli investisiya sahəsi olan enerji sektorunda böyük əhəmiyyət kəsb edən  tədbirin mahiyyətini vurğuladı. Read more →

Infipro “Milli startuplara dövlətin və özəl sektorun dəstəyi” mövzusuna həsr olunmuş konfransda iştirak etmişdir

20 Nov 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

14 – 16 noyabr tarixlərdə  Yüksək Texnologiyalar Parkında “Startup Günləri 2014” keçirilib.

Startup Günlərinin açılış mərasimində çıxış edən  Azərbaycan İnternet Forumunun  prezidenti , Startup Azərbaycan TK-nın üzvü  Osman Gündüz  Startup Günlərinin keçirilməsində əsas  məqsədin ölkənin milli startup infrastrukturun inkişafına dəstək vermək, yeni startupların yaradılmasını stimullaşdırmaq , startuplar üçün informasiya-metodiki dəstək göstərmək, yeni yaradılan dövlət qurumları tərəfindən startuplar göstəriləcək dəstək haqqında məlumatlar çatdırmaq və  startuplar arasında əlaqələrin gücləndirilməsindən ibarət olduğunu bildirib. Read more →

Infipro Inc Londonda keçirilən Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumunda iştirak edib

25 Jun 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

23-25 iyun tarixlərində Infipro Inc şirkətinin nümayəndə heyəti Londonda keçirilən Böyük Britaniya – Azərbaycan Yüksək Texnologiyalar Forumunda iştirak etmişlər.

Forumda Infipro şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru E. Abbasov və Infipro Distribution MMC-nin direktoru Ş. Talıbov iştirak edərək şirkət nümayəndələri ilə qarşılıqlı əlaqələr və gələcək perspektivləri müzakirə etmişlər. Read more →

Vençur investorlarının ikinci forumu.

03 Jun 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

15 may 2014 cü il tarixində Rusiya innovasiya mərkəzi “Skolkovo”da Vençur İnvestorlarının sayca ikinci illik toplantısı keçirilmişdir. Rusiya Vençur İnvestitsiya Assosiasiyasının informasiya dəstəyi ilə keçirilmiş tədbirdə  160-a yaxın vençur şirkətlərin nümayəndələri və rəhbərləri, konsaltinq və hüquqi şirkətlərin nümayəndələri iştirak etmişdir.

Read more →

Infipro Inc “Svyaz Ekspokom 2014” sərgisində iştirak edib

03 Jun 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Moskvada “Svyaz-Ekspokom -2014” adı altında telekommunikasiya avadanlıqları, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətlərinin 26-cı beynəlxalq sərgisi keçiridi. 13- 16 may tarixində baş tutan sərgidə il ərzində əldə olunmuş ən böyük naliyyətlər, texniki imkanlar nümayiş olundu.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi ilə təmsil olunan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikasından bir çox şirkətlər, o cümlədən Infipro şikətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Eldar Abbasov da iştirak etmişdir. Read more →

Azərbaycan startup’ları “Startup Turkey 2014″də

03 Mar 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Fevralın 20-22-si Türkiyənin Antalya şəhərində startup sahəsində böyük sayıla biləcək tədbir baş tutdu. 20-dək ölkədən 75 startup, 150 investor olmaqla, ümumilikdə 700 nəfərin qatıldığı  tədbir xeyli maraqlı keçdi. Rixos Downtown Hotel’də keçirilən tədbir Türkiyədə, həmçinin dünyanın bir çox bölgələrində startup-layihələrin inkişaf tempini, startup’lara olan marağı, diqqəti öyrənmək imkanı verdi.

Tədbirin təşkilatçılığı, həmçinin tədbirə olan maraq kifayət qədər idi. Belə ki, 4 gün (3 gün rəsmi tədbir, bir gün isə məşq günü) ərzində iştirakçılar həm dünyaca məşhur investorların, startup-biznes nümayəndələrinin çıxışlarını, müxtəlif mövzularda panelləri,həm 75 startup’ın təqdimat çıxışlarını izlədilər, həm də investorlarla startup’lar arasında görüşlər, toplantılar keçirmək, müxtəlif müzakirələr etmək  imkanı əldə etdilər. Read more →

Azərbaycan startupları “Startup Turkey 2014″ tədbirində iştirak edəcək

13 Feb 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq. Antalya Rixos Hotel’də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək.

“Startup Turkey 2014″ tədbirində ölkəmizi Manads, Modaha, Nettrends, Multibon, Socset, VitalCV, Loupse startup’ları  təmsil edəcək.

Infipro şirkətinin investoru olduğu Manads, Multibon və VitalCV heyəti də tədbirdə iştirak edəcək. Read more →

Page 1 of 3123

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi