“Aztelekom” İstehsalat Birliyi və “Infipro Inc”-in birgə uğurlu əməkdaşlığı nəticəsində Birliyə xarici investisiya və ucuz maliyyə axını təmin olunmuşdur
“Aztelekom” İstehsalat Birliyi Rayon Telekommunikasiya Qovşaqlarının xidmət ərazisində genişzolaqlı internet istifadəçilərinin sayının artırılması layihəsinin icrasına başladı. Layihənin məqsədi regionlarda əhalinin informasiya resurslarından istifadə imkanlarının genişləndirilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi, elektron xidmətlərin göstərilməsi üçün infrastrukturun genişləndirilməsi kimi prioritet məsələlərdir. Layihə çərçivəsində Sumqayıt və Gəncə şəhərlərində, Abşeron, Zaqatala, Şəmkir, Xaçmaz, Göygöl, Ağdam, Bərdə, Tər-Tər rayonlarında, həmçinin, 47 şəhər və rayonda yeni nömrələr və port tutumunun quraşdırılması və istismara verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiqlənən layihənin nəticəsində, regionlarda Aztelekom internet istifadəçilərinin sayının 60%-dən çox artırılması üçün texniki imkanın yaradılması və servislərin həcminin artırılması mümkün olacaq.
2015-ci ilin sonunadək xidmətlərin tam istifadəyə verilməsini nəzərdə tutan layihənin həyata keçirilməsində “Infirpo Inc” Korporativ Maliyyə Məsləhətçisi kimi çıxış etmişdir. Belə ki, “Aztelekom” İstehsalat Birliyi və “Infipro Inc”-in birgə uğurlu əməkdaşlığı nəticəsində layihəyə xarici investisiya və ucuz maliyyə axını təmin olunmuşdur.
Qeyd edək ki, Azərbaycan Respublikasının Milli rabitə operatoru olaraq, “Aztelekom” İstehsalat Birliyi fərdi müştərilərə, korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə rabitə və informasiya texnologiyalarının müxtəlif xidmətlərini göstərir. Birlik öz tabeliyində 57 yerli Telekommunikasiya müəssisəsi, Beynəlxalq Avtomat Telefon Stansiyası (BATS), 5650 saylı obyekt və Kabel Magistralları Texniki Qovşağını (KMTQ) birləşdirir.
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!