• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

Azərbaycanda İnternet biznesin inkişafı və startuplarla əlaqəli tədbirlər keçirilib

10 Jul 2013 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

4 iyul 2013 cü il tarixində  “Startup Azərbaycan” layihəsinin cari ildəki fəaliyyəti ilə bağlı “Azərbaycanda İnternet biznes: mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  konfrans  və uğurlu startupların İnvestorlarla qapalı görüşü keçirilib.

Layihənin əsas məqsədi ölkədə İKT sektorunda investisiya mühitini yaxşılaşdırmaq, ən yaxşı internet və İT layihələrini üzə çıxarmaq, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə yardım etməkdir. Müzakirələr zamanı “Startup Azərbaycan” layihəsinin təqdimatının keçirilməsi, həmçinin startupların inkişafını ləngidən problemlərin səbəbləri və aradan qaldırılması istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılmışdır. Tədbirlərdə ölkənin tanınmış İT mütəxəssisləri, uğurlu startup təmsilçiləri, investorlar iştirak etmişlər.
Azərbaycan İnternet Forumunun Prezidenti , “Startup Azərbaycan” layihəsinin TK üzvü Osman Gündüz açılış nitqi ilə çıxış edib. O, “İKT ili”  çərçivəsində bu tədbirin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra “Startup Azərbaycan” müsabiqəsinin finalçıları elan olunub, ekspertlərin qiymətləndirməsi ilə 15 yarımfinalçı arasından 6  layihənin finala çıxdığı elan olunub.
Daha sonra “Azərbaycanda İnternet biznes : mövcud vəziyyət və inkişaf perspektivləri” mövzusunda  konfrans öz işinə başlayıb.
Üç panel çərçivəsində keçirilən konfrans dövlət və özəl sektorun nümayəndələrinin, startupçıların  və İT ekspertlərin, xüsusilə İnvestorların iştirakı ilə maraqlı çıxışlar və diskussiyalarla davam edib. Tədbirdə İnfipro İnc şirkəti tərəfindən, şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Eldar Abbasov paneldə iştirak edib.
Konfransın sonunda “Startup Azərbaycan” müsabiqəsinin finalçıları ilə İnvestorların (fərdi və şirkət olaraq) qapalı toplantısı keçirilib.
“Startup Azərbaycan” TK üzvü Osman Gündüz İnvestorlar qarşısında çıxış edərək İT biznes və startup sahəsinə diqqətə görə İnvestorlara minnətdarlığını bildirib. O,  bu tip tədbirlərin ölkədə startup ekosistemin formalaşmasında mühüm rol oynadığını vurğulayıb və belə tədbirlərin davamlı olacağını qeyd edib.
Sonra finalçılar İnvestorlar qarşısında öz layihələri ilə bağlı təqdimatlar ediblər. İnvestorları maraqlandıran sualları cavablandırıblar. Bəzi layihələr İnvestorların diqqətini cəlb edib və bu tip startuplarla əlaqələrin gələcəkdə gücləndirilməsi və iş birliyinin qurulması nəzərdə tutulub.
“Startup Azərbaycan” layihəsinə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dəstək verir. “Startup Azərbaycan”ın əsas sponsorlarından biri də İnfipro şirkətidir. Finalçılara İnfipro  şirkəti tərəfindən  hədiyyələr  təqdim edilib.

 

 

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi