• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / Azərbaycan startup’ları “Startup Turkey 2014″də

Azərbaycan startup’ları “Startup Turkey 2014″də

03 Mar 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Fevralın 20-22-si Türkiyənin Antalya şəhərində startup sahəsində böyük sayıla biləcək tədbir baş tutdu. 20-dək ölkədən 75 startup, 150 investor olmaqla, ümumilikdə 700 nəfərin qatıldığı  tədbir xeyli maraqlı keçdi. Rixos Downtown Hotel’də keçirilən tədbir Türkiyədə, həmçinin dünyanın bir çox bölgələrində startup-layihələrin inkişaf tempini, startup’lara olan marağı, diqqəti öyrənmək imkanı verdi.

Tədbirin təşkilatçılığı, həmçinin tədbirə olan maraq kifayət qədər idi. Belə ki, 4 gün (3 gün rəsmi tədbir, bir gün isə məşq günü) ərzində iştirakçılar həm dünyaca məşhur investorların, startup-biznes nümayəndələrinin çıxışlarını, müxtəlif mövzularda panelləri,həm 75 startup’ın təqdimat çıxışlarını izlədilər, həm də investorlarla startup’lar arasında görüşlər, toplantılar keçirmək, müxtəlif müzakirələr etmək  imkanı əldə etdilər.

Tədbirdə ev sahibi Türkiyədən sonra ən çox startup’la təmsil olunan ölkə Azərbaycan idi.  Ölkəmizi 7 startup (MultiBon, Manads, Modaha, Nettrends, Socset, VitalCV və Loupse), həmçinin Qafqaz Universiteti Texnoparkı və Yüksək Texnologiyalar Parkı təmsil edirdi. Demək olar ki, bütün startup’larımız tədbir iştirakçılarının diqqətini cəlb edə bildi.

Infipro Inc.şirkətinin investoru olduğu-Manads, Multibon və Vital CV heyəti də təbirdə aktiv iştirak etmişdir.

© www.marketing.net

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi