Azərbaycan startupları “Startup Turkey 2014″ tədbirində iştirak edəcək
Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq. Antalya Rixos Hotel’də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək.
“Startup Turkey 2014″ tədbirində ölkəmizi Manads, Modaha, Nettrends, Multibon, Socset, VitalCV, Loupse startup’ları təmsil edəcək.
Infipro şirkətinin investoru olduğu Manads, Multibon və VitalCV heyəti də tədbirdə iştirak edəcək.
Manads da ölkəmizi təmsil edəcək startuplar arasındadır. 3 nəfərlik heyətlə Antalyaya yolanacaq Manads komandası məhsulun təqdimatını edəcək, Manads’da bugünədək görülmüş işlər, həmçinin Manads’ın Türkiyə və qlobal bazar üçün planları, strategiyası haqda danışılacaq. Tədbir çərçivəsində bir neçə investorun Manads’ın komandası ilə görüşü də nəzərdə tutulub.
Manads’ın qlobal bazar çıxışı üçün ilk olaraq Türkiyəni seçməsinin bir sıra səbəbləri var. Belə ki, Türkiyədə hazırda 16 milyondan çox Android ƏS telefon istifadəçisinin olması Manads’ın hazırkı CallADS məhsulu üçün kifayət qədər geniş bazardır. Türkiyənin oturuşmuş reklam ənənəsi, reklam mədəniyyəti, digər tərəfdən yeniliklərə açıq olması Manads’ın inkişaf baxımından böyük rol oynaya bilər. Həmçinin Türkiyədə əldə olunacaq təcrübə digər ölkələrə çıxış üçün faydalı olacaq.
Manads şirkətlər üçün seqmentasiya (targeting) imkanları təqdim edən azsaylı şirkətlərdən biridir. Yaxın zamanlarda isə şirkətlər üçün 100-ə yaxın filtirləmə aləti təklif edəcək ki, bu da Azərbaycanda reklam və marketinq sferasına öz töhfəsini verəcək.
© www.marketing.net
Comments are closed.
Leave a Reply
Want to join the discussion?Feel free to contribute!