Azərbaycan startupları “Startup Turkey 2014″ tədbirində iştirak edəcək
Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq. Antalya Rixos Hotel’də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək.
“Startup Turkey 2014″ tədbirində ölkəmizi Manads, Modaha, Nettrends, Multibon, Socset, VitalCV, Loupse startup’ları təmsil edəcək.
Infipro şirkətinin investoru olduğu Manads, Multibon və VitalCV heyəti də tədbirdə iştirak edəcək. Read more →