Yeni ideyalar zamanı

İDEYA

1Sizin biznes ideyaniz var? Amma ideyanızı real biznesə çevirməkdə əziyyət çəkirsiniz? Maddiyyat əngəl törədir? Elə isə ideyanızı bizimlə paylaşın. İnfipro Vençur şirkəti biznes ideyaların maliyyələşməsinə yardım edir.

BİZNES PLAN

2

Biznes ideyanızı ilk öncə dəqiq və aydın təsvir edin. İdeyanızı İnfipro Vençur şirkətinə təqdim etməmişdən öncə sizə yardımçı ola biləcək tərəfdaşlarınızı (komandanızı) müəyyən edin. Tərəfdaşlarla biznes ideyanızın şirkətə çevrilmə strategiyalarını və ümumi biznes strategiyanızı qurun. Biznes plan hazır olduqdan sonra İnfipro Vençur şirkətinə rəsmi qaydada müraciət edin.

DƏYƏRLƏNDİRMƏ

3

Biznes ideyanızla bağlı İnfipro Vençur şirkətində sizinlə görüş təyin edilir. Görüş zamanı siz öz biznes planınızı təqdim edirsiniz və qarşı tərəfdə yaranmış sualları cavablayırsınız. Ardınca sizin biznes planınız və ümumilikdə biznes ideyanız bizim peşəkar heyət tərəfindən dəyərləndirilir, müvafiq rəylər alındıqdan sonra sizlərə əməkdaşlıqla bağlı yekun qərar açıqlanır.

QƏRAR VERMƏ

4Biznes ideya və planınız İnfipro Vençur şirkəti tərəfindən qəbul edildikdə sizə bu barədə rəsmi məlumat verilir və bununla siz öz ideyanızın şirkətə keçməsi dövrünə daxil olmuş olursunuz. Biznes ideyanızı real etmək bu qədər sadə imiş! Bizimlə əlaqə qurmağa tələs. Vaxtını elə bu andan pula çevirməyi öyrən!