• Ana Səhifə
  • Əlaqə
azen
  • Zəng edin: +994(12) 598 78 78
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi
  • axtarış sözləri...

  • HaqqımızdaVençur Sərmayələri
  • MaliyyəMaliyyə axtarırsınız?
  • Diqqət MərkəziSərmayə Strategiyası
  • XəbərlərMediada Infipro
  • PortfelBizim Layihələr
  • Tərəfdaşlar

You are here: Infipro Inc. Venture Capital / Xəbərlər / Azərbaycan startupları “Startup Turkey 2014″ tədbirində iştirak edəcək

Azərbaycan startupları “Startup Turkey 2014″ tədbirində iştirak edəcək

13 Feb 2014 / Şərhlər bağlıdır / Xəbərlər/ Konul

Fevralın 20-22-si tarixlərində Türkiyənin Antalya şəhərində “Startup Turkey 2014″ tədbiri keçiriləcək. 3 gün davam edəcək tədbirə dünyanın 20-yə yaxın ölkəsindən 75 startup, 150 investor qatılacaq. Antalya Rixos Hotel’də baş tutacaq tədbirdə yeni ideyalar, yeni startuplar təqdim olunacaq, gələcək inkişaf mərhələləri müzakirə ediləcək.

“Startup Turkey 2014″ tədbirində ölkəmizi Manads, Modaha, Nettrends, Multibon, Socset, VitalCV, Loupse startup’ları  təmsil edəcək.

Infipro şirkətinin investoru olduğu Manads, Multibon və VitalCV heyəti də tədbirdə iştirak edəcək.

Manads da ölkəmizi təmsil edəcək startuplar arasındadır. 3 nəfərlik heyətlə Antalyaya yolanacaq Manads komandası məhsulun təqdimatını edəcək, Manads’da bugünədək görülmüş işlər, həmçinin Manads’ın Türkiyə və qlobal bazar üçün planları, strategiyası haqda danışılacaq. Tədbir çərçivəsində bir neçə investorun Manads’ın komandası ilə görüşü də nəzərdə tutulub.

Manads’ın qlobal bazar çıxışı üçün ilk olaraq Türkiyəni seçməsinin bir sıra səbəbləri var. Belə ki, Türkiyədə hazırda 16 milyondan çox Android ƏS telefon istifadəçisinin olması Manads’ın hazırkı CallADS məhsulu üçün kifayət qədər geniş bazardır. Türkiyənin oturuşmuş reklam ənənəsi, reklam mədəniyyəti, digər tərəfdən yeniliklərə açıq olması Manads’ın inkişaf baxımından böyük rol oynaya bilər. Həmçinin Türkiyədə əldə olunacaq təcrübə digər ölkələrə çıxış üçün faydalı olacaq.

Manads şirkətlər üçün seqmentasiya (targeting) imkanları təqdim edən azsaylı şirkətlərdən biridir. Yaxın zamanlarda isə şirkətlər üçün 100-ə yaxın  filtirləmə aləti təklif edəcək ki, bu da Azərbaycanda reklam və marketinq sferasına öz töhfəsini verəcək.

 

© www.marketing.net

Comments are closed.

Leave a Reply

Want to join the discussion?
Feel free to contribute!

Pages

  • Diqqət Mərkəzi
  • Əlaqə
  • Haqqımızda
  • Maliyyə
  • Portfel
  • Xəbərlər
  • Yeni ideyalar zamanı
  • Tərəfdaşlar

Categories

  • Xəbərlər

Archive

  • March 2015
  • February 2015
  • January 2015
  • December 2014
  • November 2014
  • June 2014
  • March 2014
  • February 2014
  • November 2013
  • July 2013
  • May 2013
  • April 2013
  • January 2013
  • November 2012
© Copyright - Infipro Inc. Venture Capital - All rights reserved.
  • Yuxarı
  • Məktub göndərin
  • Twitterdə izləyin
  • Facebook səhifəsi